Çərşənbə 24.04.2024

Skilling Open: Teymur Rəcəbov pley-offa vəsiqə qazandı

Skilling Open: Teymur Rəcəbov pley-offa vəsiqə qazandı

Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Turnirdəki yeganə təmsilçimiz Teymur Rəcəbov daha 5 görüş keçirib.

XI turda rusiyalı Sergey Karyakini məğlub edən qrossmeysterimiz növbəti 4 görüşünü heç-heçə ilə başa vurub. Rəcəbov ABŞ təmsilçiləri - Hikaru Nakamura və Uesli So, çinli Le Kuanq Lyom və hindistanlı Vidit Santoş Gujrathi ilə sülh bağlayıb.

Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də yer alan şahmatçı 1/4 final mərhələsinə adlayıb. Onunla yanaşı, Maqnus Karlsen, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Levon Aronyan , Maksim Vaşye-Laqrav və Aniş Qiri də pley-offa vəsiqə qazanıb.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirin qalibi 30 min dollara sahib olacaq.