• Çərşənbə axşamı, 19 Oktyabr 2021
news-details
Xəbərlər

“Sevilya”, “Çelsi”, “Barselona” və “Yuventus” 1/8 finalda! (Nəticələr)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib. 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.

Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.

Turun digər 8 oyunu bu gecə keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

24 noyabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) - 1:2
Qollar: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) - 1:2
Qollar: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

F qrupu

“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) - 3:1
Qollar: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) - 3:0
Qollar: Haland, 18; 60. Sanço, 45.

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) - 0:4
Qollar: Dest, 52. Breytveyt, 57; 70-pen. Qrizmann, 90+2.

“Yuventus” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) - 2:1
Qollar: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

H qrupu

“Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə) - 4:1
Qollar: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

PSJ (Fransa) – “Leypsiq” (Almaniya) - 1:0
Qol: Neymar, 11-pen.

Digər xəbərlər