news-details
Xəbərlər

“Bayern Münhen” və “Mançester Siti” 1/8 finalda, "Liverpul" uduzdu (Nəticələr)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub. A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 2 komanda müəyyənləşib.

Avstriya təmsilçisi "Zalsburq"u 3:1 hesabı ilə məğlub edən "Bayern Münhen" də adını pley-offa yazdırıb. “Olimpiakos”un qonağı olan “Mançester Siti” qalib gələrək 1/8 finala yüksəlib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

25 noyabr

A qrupu

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 0:0

“Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) 3:1
Qollar: Levandovski, 42. Vober, 52 (avtoqol), Sane, 68 – Berişa, 73.

B qrupu

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Şaxtyor” (Ukrayna) - 4:0
Qollar: Ştindl, 17. Elvedi, 34. Embolo, 45+1. Vendt, 77.

“İnter” (İtaliya) – “Real” (İspaniya) - 0:2
Qollar: Hazard, 7-pen. Hakimi, 59 (avtoqol)

C qrupu

“Olimpiakos” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) - 0:1
Qol: Foden, 36.

“Olimpik” (Marsel, Fransa) – “Portu” (Portuqaliya) - 0:2
Qollar: Sanuzi, 39. S.Oliveyra, 72-pen.

D qrupu

“Ayaks” (Niderland) – “Midtyulland” (Danimarka) - 3:1
Qollar: Qravenberx, 47. Mazraui, 49. Neres, 66 – Mabil, 81-pen.

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) - 0:2
Qollar: İliçiç, 60. Qosens, 64.

Digər xəbərlər