Cümə 19.04.2024

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb - FOTO

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb - FOTO

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

AFFA-nın saytının verdiyi xəbərə görə, TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə Elxan Məmmədov “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb - FOTO
Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb - FOTO