Cümə axşamı 25.04.2024

“Qarabağ” “Sivasspor”a uduzdu

“Qarabağ” “Sivasspor”a uduzdu

“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib. Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb.

“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirib. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri yenə məğlub olaraq 1/16 final şansını itirib.

Qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

Avropa Liqası

İ qrupu

26 noyabr

“Qarabağ” – “Sivasspor” 2:3
Qol: A.Zubir, 8. U.Matiç, 51 – A.Kone, 40-pen; 79. O.Kayode, 57.
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.