Cümə 29.03.2024

"Neftçi" "Zirə" ilə heç-heçə etdi

"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

Turnir cədvəlinin ilk “üçlüy”ündə yer alan komandalardan “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Matç qolsuz bitib.

Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün bu günə nəzərdə tutulmuş "Sumqayıt" - "Qəbələ" oyunu 30 noyabr saat 16:00-da "Kapital Bank Arena"da təşkil ediləcək.

Sabah daha iki oyun keçiriləcək. “Səbail” “Qarabağ”ı, “Keşlə” “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

11-ci tur

28 noyabr

“Neftçi” – “Zirə” 0:0
Baş hakim: Vüqar Həsənli
Bakı. “Bakcell Arena”.