Cümə 26.04.2024

"Araz" Çempionlar Liqası ilə erkən vidalaşdı

"Araz" Çempionlar Liqası ilə erkən vidalaşdı

Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasında mübarizəyə start verib.

Təmsilçimiz ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb. Afinadakı “Dias Sports Hall”da oynanılan görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Penalti seriyasında 4:3 hesabı ilə qalib gələn AEK növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası, ilkin mərhələ

28 noyabr

AEK – "Araz" - 3:3
Qol: A.Manos, 1. K.Panu, 20; 28 – R.Fərzəliyev, 24. X.Bağırov, 33. R.Çovdarov, 37.
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, “Dias Sports Hall”.