Cümə 26.04.2024

“Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la bərabərə qaldı (Nəticələr)

“Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la bərabərə qaldı (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.

İkinci oyun gününün açılış matçında "Keşlə" "Sabah"la üz-üzə gəlib. Komandalar indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də "Keşlə", 1-də qonaqlar meydanı 3 xalla tərk etmişdi. 2 görüşdə isə qalib müəyyənləşməmişdi. Budəfəki qarşılaşmada da bərabərlik qeydə alınıb.

Günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olub. Bu görüş tərəflərin çempionatda 12-ci dueli olub. Əvvəlki 11 matçın 10-da Ağdam klubu qələbəyə sevinmişdi. "Səbail" yalnız texniki qələbə sayəsində rəqibini məğlub edə bilmişdi. İki qolun qeydə alındığı bugünkü matçda tərəflər sülhə razılaşıblar.

XI tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.

Azərbaycan Premyer Liqası, XI tur

29 noyabr

"Keşlə” – “Sabah” - 1:1
Qollar: S.M.Kolli, 85 – K.Kubemba, 60.
Qırmızı vərəqə: C.Kamara, 54.
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”

“Səbail” – “Qarabağ” - 1:1
Qollar: A.Yunanov, 57-pen – D.Gerye, 64.
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”