Cümə 29.03.2024

Turun yeganə qalibi “Qəbələ” oldu

Turun yeganə qalibi “Qəbələ” oldu

Bu gün Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçirilib. "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınıb. Saat 16:00-da başlanan görüşün taleyini bir qol həll edib. Qonaqlar bu oyunda minimalhesablı qələbə qazanıblar.

Turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Azərbaycan Premyer Liqası, XI tur

30 noyabr (bazar ertəsi)

"Sumqayıt" - "Qəbələ" - 0:1
Qol: R.Utriq, 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"