news-details
Xəbərlər

Çempionlar Liqası: “Liverpul” və “Portu” da 1/8 finala vəsiqə qazandı (Nəticələr)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. Başa çatan 8 oyundan sonra daha 2 komanda - "Liverpul" və "Portu" pley-offa vəsiqə qazanıb.

V turun digər 8 oyunu dekabrın 2-də keçiriləcək. Daha əvvəl İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi", "Mançester Siti", İtaliyanın "Yuventus" və Almaniyanın "Bayern Münhen" klubları 1/8 finala vəsiqə əldə ediblər.

UEFA Çempionar Liqası

Qrup mərhələsi, V tur

A qrupu

"Lokomotiv" (Moskva, Rusiya) - "Zaltsburq" (Avstriya) - 1:3
Qollar: Mirançuk, 79-pen – Berişa, 28; 41. Adeyemi, 81.

"Atletiko" (İspaniya) - "Bayern Münhen" (Almaniya) - 1:1
Qollar: J.Feliks, 26 – Müller, 86-pen.

B qrupu

"Şaxtyor" (Ukrayna) - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Dentinyo, 57. Solomon, 82.

"Borussiya" (Mönxenqladbax, Almaniya) - "İnter" (İtaliya) - 2:3
Qollar: Plea, 45+1; 76 – Darmian, 17. Lukaku, 64; 73.

C qrupu

"Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1
Qollar: Paye, 55-pen; 75-pen – Kamara, 33.

"Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:0

D qrupu

"Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland) - 1:0
Qol: Cons, 58.

"Atalanta" (İtaliya) - "Midtyullann" (Danimarka) - 1:1
Qol: Romero, 79 – Şolts, 13.

Digər xəbərlər