news-details
Xəbərlər

"Borussiya Dortmund" 1/8 finalda, "Mançester Yunayted" evdə PSJ-yə uduzdu (Nəticələr)

Bu gün UEFA Çempionlar Liqasında 5-ci tura yekun vurulub. Turun ikinci oyun günündə də 4 qrup üzrə 8 qarşılaşma keçirilib. Bu görüşlərdən sonra yalnız "Borussiya Dortmund" pley-off vəsiqəsini təmin edib.

Daha öncə "Liverpul", "Portu", "Sevilya", "Barselona", "Çelsi", "Mançester Siti", "Yuventus" və "Bayern Münhen" klubları 1/8 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

2 dekabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Renn” (Fransa) - 1:0
Qol: Markus Berq, 71

“Sevilya” (İspaniya) – “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Olivye Jiru, 8; 54; 74; 82

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Latsio” (İtaliya) - 1:1
Qollar: Rafael Gerreyro, 44 - Çiro İmmobile, 66 (pen)

“Brügge” (Belçika) – “Zenit” (Rusiya) - 3:0
Qollar: Şarl de Ketelare, 33, Hans Vanaken, 58 (pen), Noa Lanq, 74

G qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 3:0
Qollar: Federiko Kyeza, 21, Kriştianu Ronaldu, 57, Alvaro Morata, 65

“Ferentsvaroş” (Macarıstan) – “Barselona” (İspaniya) - 0:3
Qollar: Antuan Qrizmann, 14, Martin Breytueyt, 21, Usman Dembele, 27

H qrupu

“Başakşəhər” (Türkiyə) – “Leyptsiq” (Almaniya) - 3:4
Qollar: İrfan Can Kahveci, 45+3, 72, 85 - Marsel Zabitser, 26, Nordi Mukiele, 43, Dani Olmo, 66, Aleksander Sarlot, 90+2

“Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) - 1:3
Qollar: Markus Reşford, 32 - Neymar, 6, Markinyos, 69, Neymar, 90+1

Digər xəbərlər