Şənbə 20.04.2024

"Qarabağ" - "Makkabi" oyunu irlandiyalılara tapşırıldı

"Qarabağ" - "Makkabi" oyunu irlandiyalılara tapşırıldı

UEFA Avropa Liqasının V turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Makkabi" (Təl-Əviv) matçı üçün təyinatlar açıqlanıb.

Qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Referi Robert Hennessiyə yan xətt hakimləri Allen Linç və Emmet Dinan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqadır.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.