news-details
Xəbərlər

“Qarabağ” UEFA reytinqində gerilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Bu mövsüm avrokubokların qrup mərhələsində yeganə təmsilçimiz olan “Qarabağ”ın mövqeyində dəyişiklik olub.

Aktivində 21,000 xal olan Ağdam klubu geriləyib. Ötən həftə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən "Qarabağ" İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçədən sonra artıq 66-68-ci yerləri bölüşür. Təmsilçimiz “Alkmaar”dan geri düşüb. Niderland klubunun 21,500 xalı var.

Qeyd edək ki, reytinqə 125,000 xala malik “Bayern Münhen” başçılıq edir.

Digər xəbərlər