Cümə 29.03.2024

AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

AFFA könüllülərinin iştirakı ilə 5 dekabr - Beynəlxalq Könüllülər gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilmiş 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib. Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman milli assosiasiyanın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra AVRO-2020-nin könüllülərinin səfiri, aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək iştirakçıları Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.