Bu gün 2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Avropa zonasında yarışacaq komandalar Bakı vaxtı illə saat 21:00-da başlayan tədbir zamanı rəqiblərinin kim olduğunu öyrəniblər.
Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.
Qrup qalibləri birbaşa mundiala vəsiqə qazanacaqlar. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.
İkinci yeri tutanlar, eləcə də UEFA Millətlər Liqasında iki qrup qalibi pley-off oyunlarına qatılacaq. 12 komanda dünya çempionatına yollanacaq daha üç yığmanın adına aydınlıq gətirəcək.
DÜNYA ÇEMPİONATI-2022
SEÇMƏ MƏRHƏLƏ
A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan
B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo
C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva
D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya Herseqovina
Qazaxıstan
E qrupu
Belçika
Uels
Çexiya
Belarus
Estoniya
F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova
G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq
H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta
İ qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino
J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn