Cümə 19.04.2024

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun qalibi olub. Qrossmeysterimiz rəqibi Dinq Lirenlə (Çin) bu dəfə tay-brekdə üz-üzə gəlib.

Şahmatçılar arasındakı 4 final qarşılaşmasıdan ibarət klassik mübarizədə qalib müəyyənləşməmişdi - 2:2. Buna görə turnirin qalibi müəyyən etmək üçün bu gün tay-brek görüşləri baş tutub. Altı tay-brek mübarizəsindən ikisində üstün olan Teymur ümumi hesabda 6:4 qalib gələrək Dünya Kubokunun baş mükafatına sahib çıxıb.

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.