Cümə 19.04.2024

“Latsio”, “Leypsiq” və PSJ 1/8 finalda! (Nəticələr)

“Latsio”, “Leypsiq” və PSJ 1/8 finalda! (Nəticələr)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib. Baş tutan oyunlardan sonra daha 3 komanda – “Latsio”, “Leypsiq” və PSJ 1/8 finala adlayıb.

H qrupunda PSJ – “Başakşəhər” qarşılaşması ehtiyat hakimin irqçi ifadələri səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. UEFA-nın məlumatına görə, matç bu gün Bakı vaxtilə saat 21:55-də qaldığı yerdən davam edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

8 dekabr

E qrupu

“Renn” (Fransa) – “Sevilya” (İspaniya) - 1:3
Qollar: Rutter, 86-pen – Kunde, 32. En Nesiri, 45+2; 81.

“Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya) - 1:1
Qollar: Jorjinyo, 28-pen – Kabella, 24.

F qrupu

“Latsio” (İtaliya) – “Brügge” (Belçika) - 2:2
Qollar: Korrea, 12. İmmobile, 27-pen – Vormer, 15. Vanaken, 76.

“Zenit” (Rusiya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:2
Qollar: Driussi, 16 – Pişçek, 68. Vitsel, 78.

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Ferentsvaroş” (Macarıstan) - 1:0
Qol: Popov, 60.

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:3
Qollar: Ronaldo, 13-pen; 52-pen. Makkenni, 20.

H qrupu

00:00. PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) - (təxirə salınıb)

“Leyptsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 3:2
Qollar: Anxelinyo, 2. Haydara, 13. Kluyvert, 69 – B.Fernandes, 80-pen. Poqba, 82.