news-details
Xəbərlər

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu (Nəticələr)

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. VI turun ikinci oyun günündə keçirilən 8 qarşılaşmadan sonra pley-offun son 4 iştirakçısı müəyyənləşib.

İtaliyanın "Atalanta", İspaniyanın "Atletiko", "Real Madrid" və Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubları 1/8 finala vəsiqə qazanıblar.

Qruplarında 3-cü yeri tutan komandalar isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti", "Liverpul", İspaniyanın "Sevilya", "Barselona", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Leypsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu" və Fransanın PSJ klubları pley-offa adlayıblar.

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 14-də atılacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

9 dekabr

A qrupu

“Bayern Münhen” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0
Qollar: Sule, 63. Çupo-Motinq, 80.

“Zalsburq” (Avstriya) – “Atletiko” (İspaniya) - 0:2
Qollar: Hermoso, 39. Karrasko, 86.

B qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:0

“Real” (İspaniya) – “Borussiya” (Münxenqladbax, Almaniya) - 2:0
Qollar: Benzema, 9; 32.

C qrupu

“Olimpiakos” (Yunanıstan) – “Portu” (Portuqaliya) - 0:2
Qollar: Otavio, 10-pen. Uribe, 77.

“Mançester Siti” (İngiltərə) – “Olimpik” (Marsel, Fransa) - 3:0
Qollar: Torres, 48. Aquero, 77. Sterlinq, 90.

D qrupu

“Ayaks” (Niderland) – “Atalanta” (İtaliya) - 0:1
Qollar: L.Muriel, 85.

“Midtyullann” (Danimarka) – “Liverpul” (İngiltərə) - 1:1
Qollar: Şolts, 62-pen – Salah, 1.

H qrupu

PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) - 5:1
Qollar: Neymar, 21; 38; 50. Mbappe, 42-pen; 62 – M.Topal, 57.

Digər xəbərlər