Cümə 19.04.2024

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanan komandalardan 12-si qrup qalibi, 12-si ikinci yeri tutan kollektivdir. Daha 8 komanda isə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutanlardır.

1/16 finalda eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək.

Avroliqanın pley-off mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Səpələnmişlər:

"Ayaks" (Niderland)
"Brügge" (Belçika)
"Mançester Yunayted" (İngiltərə)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Roma" (İtaliya)
"Arsenal" (İngiltərə)
"Bayer" (Almaniya)
"Reyncers" (Şotlandiya)
PSV (Niderland)
"Napoli" (İtaliya)
"Lester" (İngiltərə)
"Milan" (İtaliya)
"Vilyarreal" (İspaniya)
"Tottenhem" (İngiltərə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Hoffenhaym" (Almaniya)

Səpələnməmişlər:

"Dinamo" (Kiyev, Ukrayna)
"Krasnodar" (Rusiya)
"Olimpiakos" (Yunanıstan)
"Zalsburq" (Avstriya)
"Yanq Boyz" (İsveçrə)
"Molde" (Norveç)
"Slaviya" (Çexiya)
"Benfika" (Portuqaliya)
"Qranada" (İspaniya)
"Real Sosyedad" (İspaniya)
"Braqa" (Portuqaliya)
"Lill" (Fransa)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Antverpen" (Beçlika)
"Volfsberger" (Avstriya)
"Srvena Zvezda" (Serbiya)