Cümə axşamı 28.03.2024

Sərbəst güləş yığmamız Dünya Kubokunda 2 medalla üçüncü oldu

Sərbəst güləş yığmamız Dünya Kubokunda 2 medalla üçüncü oldu

Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.

İdmançılarımız turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.

Bu nəticə ilə Azərbaycanın sərbəst güləş yığması ümumi komanda hesabında 91 xalla üçüncü yeri tutub. Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.

Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.