news-details
Xəbərlər

“Neftçi”dən qələbə, Sumqayıtda heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında birinci dövrənin son turuna start verilib. VII turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçı Sumqayıtda keçirilib. Şəhərin eyni adlı komandası "Keşlə"ni qəbul edib. "Gənclik şəhəri" təmsilçisi ilə qəsəbə klubu Premyer Liqada indiyədək 28 dəfə üz-üzə gəliblər. Bunların 14-də qonaqlar, 7-də isə meydan sahibləri qələbə qazanıb. Budəfəki matçda qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Günün digər qarşılaşmasında "Neftçi" "Səbail"lə qarşılaşıb. Komandalar arasındakı keçirilən 8 oyunun 5-də "Neftçi", 2-də isə "Səbail" meydanı 3 xalla tərk edib. Bugünkü oyunda "ağ-qaralar" qələbələrin sırasına daha birini əlavə edib. 3 qolun qeydə alındığı matçda "Neftçi" 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, I dövrəyə sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VII tur

5 oktyabr (şənbə)

“Sumqayıt” – “Keşlə” - 0:0

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

“Kapital Bank Arena”

“Neftçi” – “Səbail” - 2:1

Qollar: S.Monroz, 41. A.Krivotsyuk, 44 - A.Ramazanov, 81

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov

“Bakcell Arena”

Digər xəbərlər