Cümə 29.03.2024

“Qarabağ” və “Zirə” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi (Nəticələr)

“Qarabağ” və “Zirə” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 21 günlük məcburi fasilə başa çatıb. Koronavirus pandemiyasına kütləvi yoluxmalar səbəbindən təxirə salınan XII turun bütün qarşılaşmaları eyni gündə keçirilib.

Turun açılış matçı Qəbələdə olub. Lider “Qarabağ” ilk dövrədə böyük hesabla məğlub etdiyi “Qəbələ”nin qonağı olub. İki qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.

Eyni vaxtda - saat 16:00-da başlayan matçlarda "Zirə" evdə "Sumqayıt"la heç-heçəyə razılaşıb, "Keşlə" doğma meydanda "Səbail"ə 2 cavabsız qolla uduzub.

Tura Masazırda yekun vurulub. Liderlər qrupunda qərarlaşan “Neftçi” autsayderlər zonasında yer alan “Sabah”ın qonağı olub. "Ağ-qaralar" səfərdə inamlı qələbə qazanmaqla liderliyi ələ keçiriblər.

Azərbaycan Premyer Liqası, XII tur

20 dekabr (şənbə)

“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: R.Utriq, 83 – F.Ozobiç, 51.
Matçın 16-cı dəqiqəsində U.Matiç penaltidən yararlana bilməyib (qapıçı).
Qırmızı vərəqə: R.Muradov, 69 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

“Keşlə” –“ Səbail” - 0:2
Qollar: Ü.Abbasov, 11. Ə.İsmayılov, 17.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

“Zirə” – “Sumqayıt” - 2:2
Qol: A.Ramazanov, 56. Q.Alıyev, 62 – M.Xaçayev, 11. R.Sadıxov, 57.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

“Sabah” – “Neftçi” - 0:2
Qollar: N.Ələsgərov, 45+4-pen; 66.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”.