“Barselona”nın ulduz futbolçusu Lionel Messi braziliyalı əfsanəvi futbolçu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.
33 yaşlı hücumçu La Liqanın XV turunda "Valyadolid"i 3:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib. Bu, Messinin Kataloniyta təmsilçisinin heyətində 644-cü qolu olub.
Pele Braziliyanın “Santos” klubunda 643 qol vurub.
Argentinalı forvard ona dəstək olan hər kəsə təşəkkür edib: "Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişdim. Daha əvvəlki rekord Peleyə məxsus idi. Dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə minnətdaram".