news-details
Xəbərlər

Millimizin müdafiəçisi Münhendə əməliyyat olundu

Azərbaycan millisi və “Sabah” klubunun müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.

Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.

Digər xəbərlər