Cümə 29.03.2024

"Neftçi" hücumçusu ilə vidalaşdı

"Neftçi" hücumçusu ilə vidalaşdı

"Neftçi” hücumçu Prins İbara ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə paytaxt təmsilçisinin saytı xəbər yayıb.

Qeyd edək ki, sentyabrda icarə əsasında "Neftçi”yə keçən Prins İbara "ağ-qara” formada 8 oyunda meydana çıxıb, 1 qol vurub.

O, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsusdur.