Cümə 19.04.2024

Teymur Rəcəbov Ermənistan şahmatçısı ilə heç-heçə edib

Teymur Rəcəbov Ermənistan şahmatçısı ilə heç-heçə edib

Onlayn formada keçirilən şahmatın blits növü üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz ilk gündə Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edib, David Quijarronu (İspaniya) məğlub etmişdi.

İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.