Cümə axşamı 28.03.2024

Ronaldo əsrin futbolçusu seçildi

Ronaldo əsrin futbolçusu seçildi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib. Müxtəlif nominasiyalarda qalib gələn futbol adamları bunlardır:

Əsrin (2001-2020) məşqçisi - Pep Qvardiola
2020-ci ilin məşqçisi - Hans-Diter Flik
Əsrin futbolçusu - Kriştiano Ronaldo
İlin futbolçusu - Robert Levandovski
Əsrin klubu - "Real Madrid"
İlin klubu - "Bayern Münhen"
Uğurlu karyera - İker Kasilyas və Jerar Pike
Əsrin futbol agenti - Jorje Mendeş