Cümə axşamı 28.03.2024

"Qarabağ" Qurban Qurbanovun oğlunu icarəyə verdi

"Qarabağ" Qurban Qurbanovun oğlunu icarəyə verdi

"Qarabağ" klubu futbolçusu Musa Qurbanlını icarəyə verib.

Ağdam təmsilçisinin yaydığı xəbərə görə, 18 yaşlı hücumçu mövsümün sonuna qədər "Zirə"də çıxış edəcək.

Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.