Cümə 26.04.2024

Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək çempion oldu

Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək çempion oldu

“Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında təmsilçimiz Teymur Rəcəbov ermənistanlı rəqibi Levon Aronyanı ümumi hesabda 4,5-2,5 məğlub edərək qalib olub.

Qrossmeysterimiz final mərhələsinin cavab matçında Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan Teymur turniri ilk pillədə başa vurub.

Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibini 2,5:1,5 hesabı ilə məğlub etmişdi.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Turnirin qalibi Teymur Rəcəbov 60 min dollar məbləğində mükafatın sahibi olub.