Bazar ertəsi 09.06.2025

Triatlonçumuz Türkiyədəki yarışda birinci olub

Triatlonçumuz Türkiyədəki yarışda birinci olub

Triatlon üzrə Azərbaycan millisinin üzvləri Serik şəhərində keçirilən Türkiyə Kubokunda uğurlu çıxış ediblər.

Yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri tutaraq fəxri kürsünün zirvəsinə qalxıb.

2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yerin sahibi olub.

2008-2010-cu il təvəllüdlü idmançılardan Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı yerdə finişə çatıb. Bu yaş kateqoriyasında 56 triatlonçu mübarizə aparıb.