Çərşənbə 24.04.2024

Gürcüstan klubundan ayrılan futbolçu "Keşlə"də

Gürcüstan klubundan ayrılan futbolçu "Keşlə"də

"Keşlə" Nicat Qurbanovla müqavilə imzalayıb. Klubdan verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər paytaxt klubunun şərəfini qoruyacaq.

Karyerası ərzində "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt"da oynayan Qurbanov son olaraq Gürcüstanın "Samtrediya" klubunda çıxış edib.