Bazar 08.06.2025

Stend atıcılığı üzrə Bakı Kubokuna start verilib

Stend atıcılığı üzrə Bakı Kubokuna start verilib

Ötən gün stend atıcılığı üzrə Bakı Kubokuna start verilib.

Turnir stend atıcılığının səngər (trap) və dairəvi (skeet) növləri üzrə keçirilir.

Qadınlar və kişilər arasında təşkil olunan yarışda ümumilikdə 60 idmançı kubok uğrunda mübarizə aparır.

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir aprelin 26-da başa çatacaq.