Çərşənbə axşamı 06.05.2025

Zelim Kotsoyev Avropa çempionatını gümüş medalla başa vurub

Zelim Kotsoyev Avropa çempionatını gümüş medalla başa vurub

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

Paris olimpiadasının qalibi həlledici görüşdə gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.

Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları nüfuzlu qitə turnirinin fərdi yarışlarında 1 gümüş, 4 bürünc medal əldə ediblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Turnirə aprelin 27-də qarışıq komanda yarışları ilə yekun vurulacaq.