Şənbə 20.04.2024

"Sumqayıt" sabiq hücumçusu ilə müqavilə imzaladı

"Sumqayıt" sabiq hücumçusu ilə müqavilə imzaladı

2020/2021 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçu keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi cənubi azərbaycanlı hücumçu Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub.

29 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).