Çərşənbə axşamı 06.05.2025

Həndbol üzrə ölkə çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Həndbol üzrə ölkə çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar gerçəkləşib.

Qadınların yarışında "Qarabağ" və "Kür" komandaları üz-üzə gəliblər.

Qarşılaşma "Qarabağ"ın 35:30 hesablı qələbəsi ilə bitib.

I-IV yerlər uğrunda digər matçda "Azəryol" "İdman Akademiyası"nı böyük hesabla üstələyib - 45:24.

Kişi həndbolçuların I-IV yerlər uğrunda yarışında da iki oyun baş tutub. "Azəryol" "Bakı"nı 33:29 hesabı ilə məğlub edib. "Qarabağ" isə, çempionatın lideri "Kür"ə 26:37 hesabı ilə uduzub.