Çərşənbə axşamı 06.05.2025

Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb

Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb

Misli Premyer Liqasında son 11 mövsümün rekordu reallaşıb.

Bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub.

Bərabərlik sayında 47 "sülh"ün yaşandığı 2015/2016 mövsümündəki göstərici yenilənib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Xatırladaq ki, ötən gün başa çatan XXXIII turda üç bərabərlik qeydə alınıb. “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.