Cümə axşamı 08.05.2025

UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olub

UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olub

İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.

Görüş Milanda baş tutub.

“İnter”in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub.

“Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib.

Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.

“İnter” finalda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu bu gün Parisdə baş tutacaq.