Bazar 11.05.2025

Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlaşır

Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlaşır

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara start verib.

Komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in Voleybol Mərkəzində ilk məşqinə çıxıb.

Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Millimiz Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblərimiz meydan sahibi və Gürcüstan komandası olacaq.

İkinci tur iyunun 13-15-də Bakıda təşkil olunacaq. Millimiz Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. İyun 20-22-də Farer adalarında təşkil olunacaq son turda isə millimiz ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.