UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
Yarışın yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb.
“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.
Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
“Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) 0:2
İlk oyun - 1:3.
“Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) 4:1
İlk oyun - 3:0.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.