Çərşənbə axşamı 20.05.2025

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVII turun oyunları gerçəkləşib.

Günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini 5:4 hesabı ilə üstələyib.

Ardınca "Araz-Naxçıvan" "Yasamal Bakı" komandasına heç bir şans tanımayıb - 22:0.

Günün son görüşündə isə "Neftçi" İK U-19 kollektivini 4:2 hesabı ilə məğlub edib.