Şənbə 10.05.2025

İki velosipedçimiz Özbəkistandakı turnirdə medal qazanıb

İki velosipedçimiz Özbəkistandakı turnirdə medal qazanıb

Azərbaycanın iki velosipedçisi Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində medal əldə edib.

Bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Artyom Proskuryakov (skretç) və Viktoriya Sidorenko (sprint qrup yarışı) bürünc mükafata sahib çıxıblar.