Cümə axşamı 15.05.2025

Komandamız Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib

Komandamız Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib

Azərbaycanın "Ocaq Sport" buzüstü hokkey komandası Dubayda keçirilən beynəlxalq "Galaxy Cup" turnirində uğurlu çıxış edib.

Təmsilçimiz 6 komanda arasında 3-cü yeri tutub.

İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandanın qapıçısı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.