Cümə axşamı 15.05.2025

"Sumqayıt"ı son iki oyuna hansı məşqçinin çıxaracağı bəlli olub

"Sumqayıt"ı son iki oyuna hansı məşqçinin çıxaracağı bəlli olub

"Sumqayıt" komandasını Misli Premyer Liqasının son iki oyununa çıxaracaq şəxs müəyyənləşib.

"Gənclik şəhəri" təmsilçisi müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb. Vurğun Hüseynov onun köməkçilərindən biri idi.

Komanda 35-ci turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə üz-üzə gələcək.