Cümə 16.05.2025

Stolüstü tennis üzrə ölkə çempionatında komanda yarışının qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə ölkə çempionatında komanda yarışının qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışının qalibləri məlum olub.

“Şüa” İdman Kompleksində davam edən ölkə çempionatında kişilərin mübarizəsində “Bakı-1” komandası qalib olub. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutublar.

Qadınların yarışında isə “Sumqayıt-1” komandası bütün rəqiblərini üstələyib. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü olublar.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, yarışa mayın 17-də yekun vurulacaq.