AFFA Region Liqasının 2024/2025 mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.
Yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.
İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydanında III yer uğrunda qarşılaşma keçiriləcək.
Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydanında baş tutacaq.
Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də reallaşacaq.