Şənbə 17.05.2025

"Barselona" tarixində 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi olub

"Barselona" tarixində 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi olub

"Barselona" klubu tarixində doqquzuncu dəfə eyni mövsümdə həm İspaniya çempionluğunu, həm də kubokunu qazanıb.

Kataloniya təmsilçisi buna La Liqanın XXXVI turunda səfərdə "Espanyol"u (2:0) ilə məğlub etməklə nail olub.

Komanda qələbə sayəsində 28-ci çempionluğunu rəsmiləşdirib. "Barselona" aprelin 26-da İspaniya Kubokunun finalında "Real"a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

Katalonlar 1951/1952, 1952/1953, 1958/1959, 1997/1998, 2008/2009, 2014/2015, 2015/2016 və 2017/2018 mövsümlərində də ölkə çempionu olub və kuboka sahib çıxıb.

Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə İspaniya Superkubokunu da qazanıb.