Cümə axşamı 12.06.2025

“Sumqayıt”ın kapitanı karyerasını bitirir

“Sumqayıt”ın kapitanı karyerasını bitirir

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayevin gələcək karyerası bəlli olub.

“Gənclik şəhəri” təmsilçisinin kapitanı futbolçu karyerasını başa vurur.

Bununla əlaqədar "Turan Tovuz"la oyunun startından öncə yarımmüdafiəçi ilə vida tədbiri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisində 11 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Bakı”, “Simurq”, “Qarabağ” və “Zirə”nin formasını geyinib.