Bazar 01.06.2025

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

“Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.

Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.

Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.

Qarışıq-qoşa yarışda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.

Xatırladaq ki, turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınlarda isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.