Şənbə 05.07.2025

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

“Premyer Liqa məşqçiləri”nin heyətində Əfran İsmayilov (31) fərqlənib. "Neftçi 2000-lər"in qolunu isə Rəşad Sadiqov (45) vurub.

Görüşün taleyi penaltilər seriyasında həll olunub.

Burada dəqiq oynayan (3:2) “Premyer Liqa məşqçiləri" komandası “Legends Cup” un qalibi olub.