Çərşənbə axşamı 17.06.2025

Bakıdakı Dünya kubokunun püşkatma tarixi bəlli olub

Bakıdakı Dünya kubokunun püşkatma tarixi bəlli olub

Bakıda keçiriləcək akrobatika üzrə Dünya kubokunun püşkatma tarixi müəyyənləşib.

Tədbir mayın 27-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mənzil-qərargahında keçiriləcək.

İyunun 13-15-də təşkil ediləcək Dünya kubokunda iştirakla bağlı isə hazırda 7 ölkədən 63 idmançı müraciət edib. Milli Gimnastika Arenasında Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistanla yanaşı Azərbaycan komandası da qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, akrobatika üzrə Dünya kubokunun hazırkı seriyası beş mərhələdən ibarətdir.